Dərslər bu tarixdə başlayacaq - RƏSMİ

 16:09 08.08.2023     830

Bu il dərslərin 15 sentyabrda başlaması təsbit edilib.

Redaktor.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib” - nazirliyin məlumatında qeyd olunub.