Ceyhun Məmmədovun kitabı işıq üzü gördü - FOTO

 15:21 09.08.2023     2982

Milli Məclisin deputatı Ceyhun Məmmədovun "Cəmiyyət. Şəxsiyyət. Təhsil. Din” kitabı yenidən işıq üzü görüb.

Redaktor.az xəbər verir ki, bu barədə müəllif özü məlumat verib.

Kitabda Azərbaycanın dövlətçilik ənənələri, ən yeni dövr Azərbaycan tarixi və bu mərhələnin görkəmli şəxsiyyətlərinin fəaliyyətləri, Respublikamızın digər ölkələrlə əlaqələri, dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimiz, din təhsili tarixi, həmçinin xalqımıza qarşı törədilmiş erməni vəhşiliklərindən ətraflı bəhs edilir. Kitab dinşünaslar, elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

"Sonda kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Kitabı birbaşa bizə müraciət edərək, eləcə də “Qanun” nəşriyyatı, həmçinin "Əli və Nino” kitab mağazaları şəbəkəsindən əldə edə bilərsiniz", - deyə Ceyhun Məmmədov qeyd edib.

Həmidə İBRAHİMLİ

2