MİQ üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir

 13:33 10.08.2023     402

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Redaktor.az-a verilən məlumata görə, BŞTİ müdiri Mehriban Vəliyeva müsahibə prosesinin gedişatını izləyib.

Müsahibənin ikinci günü Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fransız dili, musiqi, rus dili, texnologiya fənləri üzrə müsahibələr təşkil olunub.

Müsahibə mərhələsinə ümumilikdə 5 660 namizəd dəvət edilib.

Müsahibə zamanı namizədlərin peşəkar səriştəsi, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

Bu mərhələdə uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsindən ibarətdir.

Müsahibələr avqustun 18-dək davam edəcək.