Məktəbəhazırlıq qrupları üzrə məktəb və müəllim seçimi başlayır

 10:15 11.08.2023     581

Bu gün saat 11:00-da məktəbəhazırlıq qruplarına Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi aktiv ediləcək.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktivləşdiriləcək.

Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.