II qrupda hər müsabiqəyə buraxılan şəxs üçün azı 2 yer var - DİM sədri

 11:34 11.08.2023     716

"Keçən il ən yüksək nəticə göstərən abituriyentlər UNEC-in "maliyyə" ixtisasını seçirdilər. Bu il bizdə abituriyentlərin sayı da artıb".

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri bildirib ki, II qrupda 200 yox, 150 baldan yuxarı nəticə göstərənlər abituriyentlər marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili üzrə yerlərə sənəd verə bilərlər. Belə yerlərin sayı 4760-dır. Müsabiqəyə isə 6 min 803 nəfər buraxılıb. II qrupda ümumi plan yerləri 13 min 285-dir. Ümumi müqayisədə hər müsabiqəyə buraxılan şəxs üçün ən azı 2 yer var".