X siniflər üçün şagird yerdəyişməsinə başlanılır

 13:04 14.08.2023     381

Bu gün saat 15:00-dan 10-cu siniflər üçün şagird yerdəyişməsinə start veriləcək.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirilib ki, valideynlər üçün elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi avqustun 31-i saat 18:00-a qədər davam edəcək.

Onlar sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.