Azərbaycanlı tələbə xaricdə iki universitetə təqaüd qazandı - FOTO
Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Səma Məmmədova Finlandiyanın ən qədim və böyük akademik təhsil müəssisəsi olan Helsinki Universiteti, eləcə də Danimarkanın ən yaxşı dövlət universitetlərindən sayılan Danimarka Texniki Universitetinə təqaüd qazanıb.
Redaktor.az xəbər verir ki, bu barədə feysbukda "Azərbaycan universitetləri" səhifəsində məlumat paylaşılıb.
Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olan Səma Məmmədova Helsinki Universitetinə üstünlük verərək, magistratura səviyyəsində təhsilini “Chemistry and Molecular Sciences” ixtisası üzrə davam etdirəcək.
O, 5 il öncə BMU-nun kimya müəllimliyi ixtisasına 634 balla daxil olaraq bakalavriat səviyyəsindən “İxtisas birincisi” kimi ümumi orta müvəffəqiyyət göstəricisi 97.51 balla məzun olub.
Turan İSMAYIL