Payız semestrində təhsil krediti almaq üçün müraciət edənlərin sayı açıqlandı

2023-2024 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün bu günə qədər 3 342 tələbə müraciət edib.
Bu barədə Redaktor.az-a Təhsil Tələbə Kredit Fondundan məlumat verilib.
Bildirilib ki, müraciət edənlərdən 1 712 nəfərə kredit verilib. Onlardan 523-ü sosial, 1 189-u isə standart təhsil kreditidir.
Qeyd edək ki, müraciət edənlərdən 168-nə imtina verilib.