Ali məktəb tələbəsi adı qazananların SAYI

 23:57 30.08.2023     587

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərin bakalavr pilləsinə qəbulun nəticələrini açıqlayıb.

DİM-dən Redaktor.az-a verilən məlumata görə. Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 70301 nəfər iştirak edib. Onlardan 51941 nəfəri (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:  
 

 İxtisas qrupu   Qəbul olunanlar ( o cümlədən subbakalavrlar)
 Ödənişli  Dövlət sifarişi əsasında   Cəmi
I  4854 (1677)  11779 (1054)  16633 (2731) 
II  8615 (2985)  4313 (0)  12928 (2985)
III  10699 (405)  4194 (0)  14893 (405)
IV  971 (105)  2895 (300)  3866 (405)
V  2208 (31)  1413 (35)  3621 (66)
CƏMİ  27347 (5203)   24594 (1389)  51941 (6592)