MİQ üzrə apellyasiya müsahibələrinin tarixləri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri 4-5 sentyabr tarixlərində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.
Təhsil İnstitutundan Redaktor.az-a verilən xəbərə görə, müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.