15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır - Nazir

 11:09 01.09.2023     803

Azərbaycanda 15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır.

Redaktor.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Əksəriyyət oxuduğu mətni anlamırsa, bu ciddi çətinlik yaradır. Digər tərəfdən, oxuduğunu anlamayan adamın özünü ifadə ilə də bağlı problem yaşanır. Digər maraqlı məqam isə, on yaşlı şagirdlərin 40 faizinin tam olaraq oxuduğu mətni anlaya bilməməsidir", - nazir qeyd edib.(apa)