Bu rayonda daha bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub

 18:49 01.09.2023     813

Biləsuvar rayonunda bir sinfin bütün şagirdləri ali təhsil müəssisəsinə qəbul olub.

Redaktor.az Report-a istinadla xəbər verir ki, Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə əldə edib.

Belə ki, bu sinifdə orta təhsilini başa vuran 16 şagirdin hər biri ali məktəbə qəbul olub. Onlardan ən çox balı Əliyeva Aynur Amil qızı toplayıb. O, 634 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Qeyd edək ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları da (19 nəfər) yüz faiz nəticə göstərərək ali məktəbə qəbul olublar.