Yaşlı müəllimlərin 85 faizi sertifikasiyadan İMTİNA EDİB
60 yaşı tamam olan müəllimlərin 85 faizi prosesdə iştirak etməyib.
Redaktor.az xəbər verir ki, bunu sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib.
"600 nəfərə yaxın şəxs iştirak imtahanında iştirak edib. 100 nəfər isə imtahanda iştirak etməyib", - o qeyd edib.
Qeyd edək ki, qaydalara edilmiş dəyişikliyə görə, bu ildən 60 yaşdan yuxarı müəllimlərin sertifikasiyada iştirakı könüllüdür.