İşdən çıxarılan müəllimlərin daha çox hansı bölgədən olduğu AÇIQLANDI

Təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən müəllimlər daha çox Gəncə-Daşkəsən regionuna daxil olan təhsil müəssisələrində çalışanlar olub.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli brifinqdə deyib.
Nazir müavininin sözlərinə görə, onların 85%-i, təxminən, 600-ə yaxını (60 yaşdan yuxarı olanlar) könüllü olaraq bu il sertifikasiya imtahanında iştirakdan imtina edib.