Vahid məktəbli formasından imtina etməklə bağlı müraciət daxil olmayıb - ETN

 13:19 05.09.2023     316

Vahid məktəbli formasından imtina etməklə bağlı Elm və Təhsil Nazirliyinə müraciət daxil olmayıb.

Redaktor.az report-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd edək ki, yeni tədris ilindən etibarən ölkə məktəblərində vahid məktəbli forması istifadə olunacaq. Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq 4 nümunədə geyim formasından birini seçib və bununla bağlı müvafiq qərar qəbul edib. Geyim forması azı 3 tədris ilində dəyişilməz qalacaq.