Azərbaycanda qəzalı məktəblərin sayı məlum oldu

"Azərbaycanda hazırda qəzalı məktəblərin sayı 654-dür. Zamanla həmin məktəblərin sayının azalması istiqamətində işlər görüləcək".
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, 100-ə yaxın məktəb var ki, orada şagird sayı 30-dan aşağıdır.
O bildirib ki, rus bölməsində Azərbaycan dili tədrisinin keyfiyyətinə diqqət artırılacaq: "Bu il 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb".