"Təhsildə güzəşt eləmək vətənə xəyanət kimi bir şeydir" - Emin Əmrullayev

 17:04 06.09.2023     512

Təhsildə güzəşt elə də yaxşı söz deyil, təhsildə güzəşt eləmək vətənə xəyanət etmək kimi bir şeydir.

Redaktor.az xəbər verir ki, bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün sertifikatlaşdırmada hansısa güzəşt etmək doğru deyil.

"Biz başa düşməliyik ki, əgər adamın ixtisası məktəbəqədər təhsil deyilsə, deməli, həmin şəxsin faydası da olmayacaq".

Nazir deyib ki, 700-dən çox müəllimin əmək müqaviləsinə xitam vermək ağırdır, amma başqa yol yoxdur.