Yeni tədris ilində Bakıda təhsil alacaq şagirlərin sayı açıqlandı

Yeni tədris ilində Bakı məktəblərində təhsil alacaq şagirlərin sayı açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Redaktor.az-a bildirilib ki, BŞTİ tabeliyində 318 ümumi təhsil müəssisəsi, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 481 131 şagirdin təlim-tərbiyəsi ilə 28 498 müəllim məşğul olacaq.
Məktəbəqədər təhsil müəssisələrində 34 995 uşağın təlim-tərbiyəsi ilə 4 375 tərbiyəçi-müəllimin məşğul olması gözlənilir.