Yeni tədris ilində 114 mindən çox uşaq bağçaya gedəcək

2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb olunacaq.
Elm və Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, yeni tədris ilində 1,6 milyon şagird təhsil alacaq.
Eyni zamanda 135 000 uşaq birinci sinifdə təhsil alacaq, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.