Bakıda təmir olunan məktəb və bağçaların sayı AÇIQLANDI
Bu il Bakı şəhəri üzrə 50 ümumtəhsil və 30 məktəbəqədər təhsil müəssisəsinin təmiri başa çatdırılıb.
Redaktor.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
O bildirib ki, həmçinin 1 məktəb və 5 bağçada əsaslı təmir aparılıb:
"Məktəblərimiz yeni tədris ilinə hazırdır". (apa)