Bakı məktəblərində məktəbli formalarının seçimi təsdiq olunub

Bakı məktəblərində Pedoqoji Şuralar tərəfindən məktəbli formalarının seçimi təsdiq olunub.
Redaktor.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, məktəbli forması Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək tədbirdir və İdarə burada kommunikasiyaedici tərəfdir:
"Bu istiqamətdə çox yaxşı iş gedir. Vahid məktəbli geyimi nizam-imtizamın başlanğıcıdır. Düşünürük ki, məktəblərimiz bu sahədə də göz oxşayacaq".