Məktəblərdə istiliklə bağlı problem olmayacaq

 11:20 11.09.2023     1228

“Bu il məktəblərdə istiliklə bağlı problem olmayacaq”.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

“Ötən il də məktəblərimizdə istiliklə bağlı problem yox idi. Demək olar ki, bütün məktəblərdə qış və payız mövsümünə hazırlıqla bağlı monitorinqlər keçirilib. Öncədən bütün lazımi tədbirlər görülüb. Müsbət notlarla tədris ilinə başlayırıq. Düşünürük ki, uşaqlarımız isti məktəblərdə tədrisə davam edəcəklər”, - M. Vəliyeva qeyd edib.