Bakı məktəblərində IV siniflər üzrə monitorinqlərin nəticəsi qənaətbəxşdir
Bakı məktəblərində IV siniflər üzrə monitorinqlərin nəticəsi qənaətbəxş olub.
Redaktor.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümumilikdə həmin monitorinqlərdə 50 mindən çox şagird iştirak edib:
"Təhlillər detallı şəkildə yerlərə çatdırılıb və mövcud problemlərin aradan qaldırılması üçün tapşırıqlar verilib".