“Valideynlər məktəb çantaları seçərkən diqqətli olmalıdır” - Həkim

 15:20 13.09.2023     328

“Valideynlər məktəb çantaları seçərkən diqqətli olmalıdır”.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib.

Onun sözlərinə görə, ən çox tövsiyə olunan kürəyə asılan çantalardır: “Bəzən valideynlər ağır, bəzəkli çantalar alırlar. Məktəb çantaları bədən çəkisinin 10 faizindən artıq olmamalıdır. Bu, uşaqlarda assimetrik olaraq yüklənməyə və onurğa probleminin yaranmasına gətirib çıxara bilər”.

Vumart və Güvən reklamı Vumart Güvən