"743 nəfərin hər biri gələn il müəllim olaraq işə qayıda bilər" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib. Bir çoxları həmin müəllimlərə güzəşt edilməsinin tərəfdarı olaslar da, imtahandan keçməyən bir müəllimin məktəbdən uzalaşdırılmasını doğru saydılar. Yəni belələrinə güzəşt olunmamalıdır. Elm və təhsil naziri Emin Əmrullayev də keçirdiyi brifinqdə bəyan etdi ki, təhsildə güzəşt etmək, vətənə xəyanət etmək deməkdir.
Lakin "vətənə xəyanət" açıqlamsından bir bir neçə gün sonra nazirin bir fikri yenidən ajotaj yaratdı. Bu dəfə isə Əmrullayev dedi ki, əmək müqaviləsinə xitam verilən müəllimlərin işinə yenidən baxılacaq.
Cəmiyyət isə nazirin bir-birini təkzib edən bu açıqlamalarını anlamağa çalışır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov söylədi ki, nazir onların ilk olaraq müəllim fəaliyyətini, daha sonra insan olaraq fəaliyyətini nəzərdə tutub:
"Ümumilikdə mən yenə deyirəm, sertifikasiya imtahanı çox vacibdir. Amma bu sertifikasiya imtahanı ədalətli deyil. Çünki 743 müəllim bu illər ərzində heç də yalnız ibtidai sinifdən dərslər keçməyib, eyni zamanda qeyri-ixtisas fənnlərdən də dərs deyiblər. Onların təhsilləri, əmək müqavilələri ibtidai sinif müəllimliyi olsa da, bunlar yığma fənlərdən dərs deyib. Ona görə də biz sertifikasiyada bu amili nəzərə almalıyıq. Yaxşı, niyə indiyə qədər hörmətli nazir 743 müəllimin hansı universitetdən məzun olduğunu açıqlamır və demir ki, əziz universitet, axı sən bu məzunu buraxmısan, sən diplom vermisən buna? Təbii ki, həmin şəxslər insandırlar, bu və ya digər təhsilləri var, yəni ya ali təhsil, ya orta ixtisas təhsili, fərqi yoxdur. Onlar öz ixtisas dərəcələrinə uyğun məktəbdə kitabxanaçı katibə, laborant bu tipli vəzifələrdə işləyəcəklər. Bəli, onların pedaqoji fəaliyyətinə indi qadağan qoyulur. Amma həmin müəllimlər MİQ imtahanında iştirak edib, yenidən prosesə qayıda bilərlər. Bəs onda necə olacaq? Onlar, gedib hazırlaşıb gələn il sıfırdan müəllim kimi işə qəbul edilə bilərlər. Yəni biz prosesin sonunu proqnozlaşdırmamışıq. 743 nəfərin hər biri gələn il müəllim olaraq işə qayıda bilər. Onlar gedib bir il də yaxşı hazırlaşacaqlar və gəlib MİQ imthanaı verib, işə gedəcəklər. Yəni birmənalı şəkildə fəaliyyət planı yoxdur".
Humay İSGƏNDƏRLİ