Nazirlikdən valideynlərə MÜRACİƏT: Bu gün saat 18:00-dək...

2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu 14 sentyabr saat 18:00-da yekunlaşacaq.
Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Qeyd edilən tarixdən etibarən mektebeqebul.edu.az elektron sistemi bağlanacaq.