132-134 saylı Təhsil Kompleksində ilk zəng çalındı

 14:49 15.09.2023     1686

Bu gün Azərbaycanın bütün məktəblərində ilk zəng çalınıb.

Redaktor.az xəbər verir ki, yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı şəhəri 132-134 saylı Təhsil Kompleksində Bilik Günü qeyd edilib.

Məktəbin direktoru Sara Xanlarova bütün şagirdlərə yeni dərs ilində uğurlar arzulayıb.

Daha sonra bütün siniflərdə dərslər başlayıb.

5b1 sinfinin rəhbəri Gülnarə Məmmədova öncə ibtidai sinfi bitirib ümumi orta təhsil pilləsinə qədəm qoyan şagirdləri təbrik edib, onlara dərslərində uğurlar diləyib. 

Ölkənin bütün məktəblərində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunduğundan, G.Məmmədova şagirdlərə ümummilli liderin Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolundan danışıb.

T.İSMAYIL