Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayır
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilir.
Elm və Təhsil Nazirliyindən Redaktor.az-a bildirilib ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və minimum 5 saat dərs yükünə malik şəxslər qarşılıqlı yerdəyişmə prosesində iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.
Qeydiyyatla bağlı təlimat videosunu linkə daxil olmaqla izləmək mümkündür: https://youtu.be/UzutAmMm7T0
Əlavə suallarla bağlı müvafiq linkə keçid etməklə cavab ala bilərsiniz: https://shorturl.at/aqsN6