ADU-da “Payızın ortası” Çin bayramı qeyd olunudu

 12:04 26.09.2023     409

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çinin ənənəvi bayramı olan “Payızın ortası” – Çin Yeni ilindən sonra ikinci ən mühüm bayram olan “Çjonçücye”yə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çjonçücye” bayramının tarixindən danışıb. R. Abbasov bu bayramın ailə üzvləri ilə, yaxın qohumlarla və dostlarla birlikdə qeyd olunduğunu da vurğulayıb.

O, bayram günündə ailə üzvlərinin bir araya gələrək parlaq tam Aya heyran olduqlarını, ailə üzvlərinə və dostlarına ən xoş arzularını bildirdiklərini qeyd edib. Bildirib ki, bayram günlərində Çində Ay şənlikləri keçirilir. Quşlar, balıqlar, meyvələr şəklində bayram fənərləri asılır, Ay dovşanlarının heykəlcikləri uşaqlara təqdim olunur. ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşunas tələbələri qədim Çin şairlərinin bayramın simvollarından birinə çevrilən - Aya həsr olunmuş şeirlərini səsləndiriblər.