Təhsil İnstitutuna yeni direktor əvəzi təyin olundu

 16:15 27.09.2023     339

Azərbaycan Respublikası Təhsil İnstitutuna yeni direktor əvəzi təyin olunub.

Redaktor.az xəbər verir ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, bu vəzifəyə qurumun Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev təyinat alıb.

Qeyd edək ki, institutun bundan əvvəlki direktoru Rüfət Əzizov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinə rektor təyin olunub.