Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi
Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Ovni Muradov əmr imzalayıb.
Əmrə əsasən, Araz Məmmədov Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.