"Elmi tədqiqatların nəticəsi praktikaya keçmirsə, maklaturaya çevrilib qalır" - Vüsalə Ağabəyli təhsilin ən böyük problemindən danışdı

 13:58 12.10.2023     643

"Mən bu fikirlə razı deyiləm, çünki real mütəxəssislər də, tədqiqatçılar da az deyil. Çox vaxt qurunun oduna yaş da yanır. Bu proses ona görə çox vaxt almır ki, qeyri-peşəkarlar, saxta elm adamları özlərinə uyğun olmayan vəzifələrə yiyələnir və peşəkarların motivasiyasını məhv edir, real tədqiqatçılar önünə süni maneələr yaradaraq əngəllər törədirlər".

Bu sözləri Redaktor.az-a təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli respublikamızda mövcud olan universitetlər elmin yükünü çiyinlərinə almaq iqtidarında deyillər fikirlərinə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, bir sıra konfranslarda, seminarlarda görürük ki, Azərbaycanda kifayət qədər ziyalı, vicdanlı tədqiqatçı var:

"Sadəcə onlara münbit mühiti yaratmaq lazımdır. Elm təkcə tədqiqatla yekunlaşmır, həmin tədqiqatların nəticəsi praktikaya keçmirsə, tədrisə tətbiq oluna bilmirsə, maklaturaya çevrilib qalır. Bu baxımdan, elmi mühitin yaxşılaşdırılması üçün Beynəlxalq indeksli jurnalda nəşr olunmaya alimləri stimullaşdırmaq önəmlidir, bu həm universitetlərin Global nüfuzu baxımından, həm də Azərbaycanın elmi mühitinin beynəlxalq reytinqi baxımından vacib məsələdir".

Həmidə İBRAHİMLİ