Məktəbəqədər təhsildə yeni modellər TƏTBİQ OLUNACAQ
Məktəbəqədər təhsilə əlçatanlığın artırılması üçün fərqli modellər üzərində çalışırıq.
Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova "Təhsil TV"də qonaq olarkən deyib.
O bildirib ki, bəzi yerlərdə bağçalarda sıxlıq var.
"Bu problemin aradan qaldırılması üçün həm beynəlxalq təşkilatlar vasitəsilə, həm komanda olaraq çalışırıq. Dünyada bir çox uğurlu modellər var. Lakin harada hansı modelin tətbiqinin uğurlu olacağı ilə bağlı ciddi təhlil aparılmalıdır", - deyə o əlavə edib.