Nazirdən sertifikasiya imtahanı ilə bağlı AÇIQLAMA
2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçəcək.
Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
“Ölkəmizdə sertifikasiya imtahanı keçirilməsi bir yenilikdir. İndiyə qədər 40 mindən çox müəllim seritifikasiyadan keçirilib. Həyata keçirilən tədbirlər müəllim nüfuzunun, rifahının artırılmasına yönəlib”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, 2023 cü il oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə " Gülüstan" Sarayında "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfrans keçirilir.