20 il ərzində ali məktəblərə qəbul sayı 3 dəfə artıb
20 il ərzində ərazində ölkəmizdə 2600-dən çox məktəb tikilib və ya əsaslı təmir edilib.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.
“2026-cı ilin sonuna kimi 100 min uşağın məktəbəqədər təhsilə cəlb edilməsi planlaşdırılır”, - nazir qeyd edib.
Emin Əmrullayevin sözlərinə görə, 40 mindən çox müəllim sertifikatlaşdırmaya cəlb olunub: “Hazırda müəllimlərin orta aylıq əməkhaqqı 830 manat təşkil edir”.
Nazir ali təhsil sistemindəki dəyişikliklərə də toxunub: “2003-cü ilə müqayisədə bu 20 il ərzində ali təhsil müəssisələrinə qəbul sayı 3 dəfə artıb. Həmçinin 2003-2023-cü illər arasında 4000-dən çox tələbə xaricdə təhsil hüququ qazanıb”.