Bu gündən şagirdlərin elektron yerdəyişməsinə başlanılır

 09:41 23.10.2023     568

Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir.

Redaktor.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də oktyabrın 23–31-i tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.