"Savadlı adamların hamısı ali təhsil diplomuna sahib olmur" - Fazil Mustafa

 12:21 24.10.2023     235

“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun boşluqların aradan qalxmasına, məhkəmələrin işinin asanlaşmalara gətirib çıxaracaq.

Redaktor.az xəbər verir ki, bunu Millii Məclisin bu gün keçirilən iclasında Fazil Musatafa deyib. 

O bildirib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunu vacib hesab edir:

“Bu cür qanunlarda prinsiplər olmalıdır, burada da vicdanlılıq, obyektivlik olmalıdır. Ali təhsil meyarı götürülməlidir. Savadlı adamların hamısı ali təhsil diplomuna sahib olmur. Peşə təhsilinə də imkan tanınması yaxşı olardı. Peşə təhsilini bitirib zərgərliyi yaxşı bilirsə, ali təhsilli olmasına nə ehtiyac var?”

Humay İSGƏNDƏRLİ