Məktəblərdə noyabrın bu günləri payız tətili olacaq

 17:10 25.10.2023     1321

Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır. 

Redaktor.az Elm və Təhsil Nazirliyinə istinadla bildirir ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən, məktəblərdə payız tətilinin günləri 16-20 noyabr - 5 gün olmaqla əhatə edir”, - deyə nazirlik qeyd edib.