“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi Qaydası” təsdiq edildi

 10:09 26.10.2023     946

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi Qaydası” təsdiq edilib.

Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Eyni zamanda “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın məbləği” də təsdiq edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qaydada Təhsil Qrantının dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ayrılan vəsait hesabına İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmama Hərəkatına üzv ölkələrin, inkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin, eləcə də Azərbaycan xalqı ilə etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının təhsilinin təşkili məqsədilə verilməsi əks olunub.

Eyni zamanda Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının illik məbləği müxtəlif təhsil səviyyələri üzrə müəyyən edilib, eləcə də digər xərclər nəzərdə tutulub.