100-ə yaxın müəllim sertifikatlaşdırmanın müsahibə mərhələsindən kəsildi
Sertifikatlaşdırma prosesinin müsahibə nəticələri açıqlanıb.
Bu barədə Redaktor.az-a Təhsil İnstitutunun İnsan Resurları Mərkəzindən xəbər verilib.
Qeyd olunub ki, 8 sentyabr tarixində keçirilən təkrar sertifikatlaşdırma müsahibələrində 1376 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. 14 oktyabr tarixinədək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində isə 21883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21784 nəfəri uğur qazanıb.
Müsahibələrdə 99% davamiyyət qeydə alınıb.
Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17914 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq. Bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyən və ya uğur qazanmayan müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmək hüququna malikdirlər.