Emin Əmrullayev Türkiyənin təhsil nümayəndələriylə GÖRÜŞDÜ

 15:14 29.10.2023     440

Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan – Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsi məqsədilə ölkəmizə səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Feysbuk hesabında paylaşım edib.

"Səfər çərçivəsində qonaqlarla Quba rayonunun İqrıq kəndində yerləşən türk əsgərinin məzarını, həmçinin Quba Soyqırımı Memorial Kompleksi və Azərbaycan – Türkiyə Dostluq Parkını ziyarət etdik", - paylaşımda qeyd olunub.

2222222