Baş nazir pedaqoji fəaliyyətlə bağlı qərar İMZALADI
Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) ümumi təhsil pilləsində tədris olunan fənlərə uyğunluğu” yeni redaksiyada verilib. Qərara əsasən, 2010/2011-ci tədris ilinədək bu ixtisaslar üzrə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunanlar pedaqoji təhsilə malik olan şəxslər hesab edilirlər. Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” qüvvəyə minənədək mütəxəssis hazırlığı aparılmış ixtisaslar (proqramlar) nəzərdə tutulur.