Gələn ilin qəbul imtahanına antiterror tədbirləri ilə bağlı tapşırıqlar salınacaq
2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə dair tapşırıqlar tərtib ediləcək.
Bu barədə Redaktor.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd olunub ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar istifadədə olan dərsliklərdən antiterror tədbirlərinə dair bilgilər almayıblar. Ona görə də qəbul imtahanlarında tarix fənnindən antiterror tədbirlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar bu material əsasında tərtib ediləcək.
Materiallar həm də 2024-cü ildə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.