Bu şəxslərin təhsili üçün 38 milyon manat vəsaitin ayrılması PLANLAŞDIRILIR

 11:32 13.11.2023     298

“Böyük qayıdış üçün 4 milyard manat vəsaitin nəzərdə tutulması reinteqrasiyaya böyük töhvə verəcəkdir”. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili söylədi.

“Ərazimizdə münaqişə bitsə də sərhəddə təhlükəsizlik istiqamətində işlər görülür. Xüsusi əhali qrupuna aid şəxslərin təhsili üçün 38 milyon manatın ayrılmasını nəzərdə tuturuq. Hesab edirik ki, nəzarət həm də gəlirlərin hansı prinsipləri əhatə etməsidir”,- deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ