"Həmin məbləğin nə qədər hissəsi birbaşa alimə çatır, bu sual maraqlıdır" - Deputat

 12:59 14.11.2023     516

AMEA-da elmi işçi vəzifəsində çalışan gənc alimlər müxtəlif dərəcələrlə 400 manatdan bir az çox əməkhaqqı alır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli deyib.

O bildirib ki, hər il dövlət büdcəsindən elmin inkişafına xeyli vəsait ayrılır:

“Amma həmin məbləğin nə qədər hissəsi birbaşa alimə çatır, bu sual maraqlıdır.  Yəni paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 3-də biri qədər maaş alır. Doğrudanmı bu maaşla gənclərimizi elmə gətirmək istəyirik?! Doğrudanmı güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq?”

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən