2024-cü il elmi siyasətin tətbiqi sahəsində sınaq ili olacaq

 15:31 17.11.2023     1464

2024-cü il elmi siyasətin tətbiqi sahəsində sınaq ili olacaq.

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransının (NASCO XXVI) açılışında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, artıq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tam fəaliyyətə başlayıb və gələn il həmin qurum tərəfindən bir neçə yeni alət tətbiq olunacaq:

“300-ə qədər gənc xarici ölkələrdə doktorantura təhsili almaq üçün göndərilib. Gənc tədqiqatçıları qabaqcıl ölkələrə qısamüddətli tədqiqatlara göndərmək də vacibdir. Amma bunun üçün həmin gənclərin ingilis dilini bilmələri vacib şərtdir”. ​