Dərs yükünün məzmununa yenidən baxılmalıdır
Dərs yükü tədris planları ilə təşkil olunur.
Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
“Dərs yükünün ağırlığı yox onun məzmununa yenidən baxılmalıdır. Hansısa fənnlərin dəyişdirilməsi yolu nəzərdə tutulur. Dərs yükünün çox olması ilə bağlı nə isə etməyə ehtiyac yoxdur”,- deyə o bildirib.