3.5 milyona yaxın məbləğin elmə ayrılması planlaşdırılır

 14:20 28.11.2023     269

“2024-cü ildə cari ilə nisbətən 3.5 milyon manata yaxın məbləğin elmə ayrılması planlaşdırılır”.

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, əsas prioritet məsələ gənclərin elmə axınını artırmaqdır.

Agentliyin direktoru onu da qeyd edib ki, elmin maliyyələşdirilməsi mexanizmlərinin hazırlanaraq dövlət qurumlarına təqdim olunması nəzərdə tutulur.