AMEA-nın iki institutunun adı dəyişdirildi

 13:40 29.11.2023     4025

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki institutunun adı dəyişdirilir.

Redaktor.az xəbər verir ki, bununla bağlı məsələ Akademiyanın bu gün keçirilən ümumi yığıncağında qaldırılıb.

Belə ki, ümumi yığıncaq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu adlandırılması, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun isə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırıb.

Ümumi yığıncaqda AMEA-nın regional elmi bölmələrinin sədri vəzifəsinə seçkilər də keçirilib. Seçkilərin nəticəsinə əsasən, akademik İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin, akademik Fuad Əliyev isə AMEA-nın Gəncə Bölməsinin sədri vəzifəsinə seçiliblər.