20 nömrəli məktəbdə 9 şagird və 1 müəllim qızılcaya yoluxub

 16:23 05.12.2023     474

Bakıda 20 nömrəli məktəb-liseydə şagirdlərin kütləvi şəkildə qızılcaya yoluxması ilə bağlı iddialar yayılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilir. 

Məsələ ilə əlaqədar təhsil müəssisəsinə sorğu ünvanladıq. Məktəbdən sorğumuza cavab olaraq bildirildi ki,  9 şagird və 1 müəllim qızılcaya yoluxub: “Məktəbdə bir sinifdə 10 şagirdin qızılcaya yoluxması haqqında məlumat həqiqətə uyğun deyil. Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb”.